MÜHİTİN ÇİRKLƏNDİRİLMƏSİ
mümkün normadan yuxarı dərəcədə istehsalın əlavə məhsulları ilə xarici mühitin dəyişməsi. Çirkləndirici elementlərə bərk, maye və qazşəkilli maddələr, zərərli radiasiya və səs-küy daxildir. Ağır metallarla (civə, qurğuşun, kadmiyum), fosfatlar, nitratlar, kükürd-oksidi, kənd təsərrüfatı ziyanverici və xəstəliklərilə mübarizədə istifadə olunan, zəhərli kimyəvi maddələr (DDT, aidrin və s.), ionlaşdırıcı radiasiya, radioizotoplar, sənaye və nəqliyyatın səs-küyü daha ziyanlı sayılır. Yuxarıda göstərilən maddələrin bəziləri mutagen təsir göstərərək xənçəng xəstəliklərinin yaranmasına səbəb ola bilər. Hazırda çirklənməyə ciddi nəzarət olunmasının bəşəriyyət qarşısında vacibliyi meydana çıxmışdır. Respublikamızda bu istiqamətdə müəyyən tədbirlər həyata keçirilir.